Qırmızı.az
Lənkəran və Qubada törədilmiş ağır cinayətlərin üstü açılıb
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilmiş ağır cinayətlərin üstü açılıb.
Publika.az xəbər verir ki, bu barəd Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydıdğı birgə məlumatda deyilir.
Belə ki, martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyeva
evindən güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli
bilinən şəhər sakini Samid Hüseynov tutulub. Ondan "AKM" markalı
silah və 7 patron, habelə cinayəti törədərkən maska kimi istifadə
etdiyi papaq və əlcək götürülüb.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
S.Hüseynov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.
Bundan başqa, martın 28-də Azərbaycan Müəllimlər İnstitutunun Quba
rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində
tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı
xəsarətlər yetirib. X.Osmanlı ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam
öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri
ekspertizalar təyin edilib.
Cinayəti törətməkdə şübhəli bilinən V.Babayev polis əməkdaşları
tərəfindən tutularaq istintaqa cəlb edilib.
Hazırda hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək