Dünya mediası Azərbaycanın vahiməli silahından yazır - VİDEO
Bizi izləyin

Qırmızı.az

Dünya mediası Azərbaycanın vahiməli silahından yazır - VİDEO

Azərbaycanın Silahlı Qüvvələrinin aprelin ilk günlərində işğalçı Ermənistana vurduğu ciddi zərbələr dünyanın aparıcı mətbuat orqanlarının da əsas mövzularından birinə çevrilib.

ABŞ-ın “Washington Post”, İsrailin “Haarretz” və “Yerusalem Post” kimi aparıcı qəzetləri Azərbaycan ordusunun erməni işğalçılarına vurduğu zərbələrdən bəhs edib. Mətbuat yazılarında xüsusilə ordumuzun düşməni sarsıdan pilotsuz döyüş aparatlarından – “kamikadze droun”dan geniş bəhs ediblər. “Haaretz” qəzeti “İsrailin istehsal etdiyi intihar drounu Dağlıq Qarabağ münaqişəsində istifadə olunub” sərlövhəli yazıya adıçəkilən vahiməli silahın videokadrlarını da yerləşdirib.

Qəzet yazıb ki, droun ilk dəfədir ki, döyüşdə istifadə olunur. Daha sonra qeyd olunur ki, bu vahiməli silah hədəfləri radar əsasında, yaxud radio dalğaları ilə tapır və intihar bombası ilə onun üstünə gedir.

Qeyd edək ki, Ermənistandan Qarabağ cəbhəsinə döyüşçüləri daşıyan avtobusun məhz bu kamikadze droun tərəfindən vurulduğu və 7 terrorçunun məhv edildiyi barədə məlumatlar yayılmışdı. Erməni tərəfi isə bu məlumatı təkzib edə bilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm