Bu yol istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Bu yol istifadəyə verildi

Xətai rayonu İlqar Zülfüqarov küçəsində texnoloji ardıcıllığa riayət olunmaqla təmir işləri aparılıb. Küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC)-dən Publika.az-a verilən məlumata görə, küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asflat-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm