Azərbaycanlı baş redaktor Türkiyəyə buraxılmadı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı baş redaktor Türkiyəyə buraxılmadı

Rusiyanın “Sputnik News” agentliyinin Türkiyə xidmətinin rəhbəri Tural Kərimov İstanbuldan Moskvaya uçub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, onun Türkiyəyə girişi qadağan edilib.

Məlumata görə, Tural Kərimov 14 saatdan çox İstanbulda Atatürk aeroportunun yoxlama bölməsində saxlanılıb. Ona akkreditasiya və Türkiyədə yaşamaq üçün verilən sənədlərin götürüldüyü bildirilir.

Türkiyə baş nazirin müavini Numan Kurtulmuş isə bildirib ki, Tural Kərimovun Türkiyəyə girişinə qadağa haqqında qərar ölkənin təhlükəsizlik güclərinin təqdimatından sonra qəbul edilib.

Qeyd edək ki, Türkiyə Rabitə və Telekommunikasiya Nazirliyi (TİB) aprelin 15-də “Sputnik News” agentliyinin türk xidmətinin bağlanılması barədə qərar çıxarıb. Agentliyin bağlanmasına səbəb kimi onun Türkiyəyə qarşı kampaniya aparması göstərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm