Qırmızı.az
Düşmənə 120 zərbə endirildi
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Publika.az-ın Müdafiə Nazirliyinin mətbuat
xidmətinə istinadən məlumata görə, Ermənistanın İcevan rayonunun
Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex və Barekamavan
kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Qızılhacılı, Kəmərli və Qaymaqlı kəndlərində, Berd
rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən
Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar,
Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı,
Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli
rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"