Doğru cavablar açıqlandı
Bizi izləyin

Qırmızı.az

Doğru cavablar açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 24-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri üzrə) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, cavablar qurumun rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, aprelin 24-də Respublikanın 35 şəhər və rayonunda sınaq imtahanları keçirilib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 67 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48504 abituriyent qeydiyyatdan keçib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm