Forum iştirakçıları mükafatlandırıldı
Bizi izləyin

Qırmızı.az

Forum iştirakçıları mükafatlandırıldı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində bu gün axşam Heydər Əliyev Mərkəzində mədəniyyətlərarası innovasiyalar mükafatının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Naser Əbdül Əziz ən-Naser deyib ki, dinlərarası, mədəniyyətlərarası dialoq çox vacibdir:

“Biz dünyada çətinliklərlə rastlaşırıq. Zorakı ekstremizm dalğası getdikcə artmaqdadır. Dini, irqi zəmin münaqişələrin qarşısı alınmalıdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının gördüyü işlərin kökündə bu məqsəd durur. Biz sülhü təbliğ edirik. Biz həmahəng dünya yaratmağa çalışmalıyıq”.

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə töhfə verən fəal forum iştirakçılarına mükafatlar təqdim olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm