Qırmızı.az
Xarici dövlətlərin hərbi attaşeləri hərbi hissələrimizdə - FOTOLAR
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün mayın 17-də Silahlı Qüvvələrin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təqdim edilib və onların sualları cavablandırılıb.
On beş dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi hərbi hissənin əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektləri ilə tanış olublar.
Həmçinin qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO