Qırmızı.az
Dəmir yolu tikintisi üçün Astarada torpaqlar alınacaq - QƏRAR
Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar verib.
Publika.az Nazirlər Kabinetinin sytına istinadən xəbər verir ki, qərara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının Astara rayonu ərazisindən keçən hissəsində İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin tikintisi altına düşən 50,44 hektar, o cümlədən dövlət mülkiyyətində olan 0,61 hektar torpaq sahəsinin istifadə hüququnu, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8,53 hektar və xüsusi mülkiyyətdə olan 41,3 hektar torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müəyyənləşdirilib.
QSC-yə həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq, həyata keçirmək, bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək və dəmir yolu xəttinin tikintisinə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrinin müəyyən olunmuş qaydada kateqoriyası dəyişdirildikdən sonra başlanılmasını təmin etmək tapşırılıb.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR