Qırmızı.az
Bakıda film kimi hadisə: Qaraçılar gənc qıza hücum etdilər
Bu gün səhər saatlarında paytaxtın “Koroğlu” metrostansiyası ətrafında yerləşən nəqliyyatın mübadilə parkında film kimi hadisə baş verib. Belə ki, gənc qız qaraçıların hücumuna məruz qalıb.
Səhər saatlarında Xəzər rayonu, “Koroğlu” metrostansiyasının
ətrafında qaraçılar gənc qıza hücum ediblər. Hadisəyə gənc qızın
yerə kimsəsiz vəziyyətdə atılmış bələkdə olan körpəni yerdən
götürərək polisə təhvil verməsi səbəb olub.
Adının açıqlanmasını istəməyən gənc qız hadisəni belə nəql
edib:
“Avtobusdan düşdüm, gördüm ki, bələyə bükülmüş körpəni yolun
ortasına qoyublar. Yanında da bir qutu var idi. Gəlib keçənlər
qutuya qəpik atırdılar. Mənə vicdanıma ağır gəldi ki, yüzlərlə ailə
övlad üzünə həsrətdir, kimsə bundan dilənçilik üçün istifadə edir.
Ətrafa nəzər saldım ki, körpəni yerdən götürüb sahibinə verim, heç
kimi tapmadım. İstədim ki, aparam təhvil verəm polisə ki, sahibini
araşdırsın, uşağı versin. Qəfildən üztümə qaraçılar hücum çəkdi.
Köynəyimi və çantamı cırdılar. 4-5 uşaq qollarımı cırmaqladı.
Ətrafda heç bir polis də yox idi ki, müdaxilə etsin. Kənardakı
adamlar gec də olsa müdaxilə etdilər, məni onların əlindən aldılar.
O balacalar da tez uşağı əlimdən qapıb apardılar. Mən dərhal 102
xidmətinə məlumat verdim. Mən başa düşə bilmirəm ki, polislər niyə
ərazidə yoxdular. Körpə uşaqları gətirib yolun ortasına atıb
gediblər”. (cebhe.info)
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO