Qırmızı.az
Bakıda avtobus sürücüsü özünü yandırmaq istədi - VİDEO
Bu gün Bakıdan demək olar ki, dünyanın istənilən yerinə hava nəqliyyatı ilə çox rahat gedib çıxmaq olur. Təyyarələrlə yanaşı son illər avtobuslarla da beynəlxalq və yerli sərnişin daşımaları da həyata keçirilir. Amma bu prosesin heç də hamısı qanuni olmur. Məsələn, Bakı Beynəlxalq Avtovağzalından işləməyən sərnişin avtobusları var ki, onlar bölgələrə sərnişin daşıyır. Bu kimi halların isə qarşısını almaq üçün nəqliyyat nazirliyi müəyyən tədbirlər görməyə başlayıb.
Belə ki, tədbir zamanı paytaxtdan Goranboya qeyri-qanuni
sərnişin daşıdığı üçün avtobus nəqliyyat nazirliyinin işçiləri
tərəfindən saxlanılıb. Sürücü buna etirazını bildirərək əlavə edib
ki, bəlkə əyləcim olmazdı, vurardım, niyə qabağımda saxlayırsan.
"Mənim qabağımı niyə kəsirsən?. Camaat qırılardı, xoşuna
gələrdi".
Sonra nazirliyin işçiləri sürücüdən idarə etdiyi avtomobilin
sənədlərini təqdim etməyi tələb ediblər. Əvvəlcə sürücü sənədlərin
qaydasında olduğunu iddia edib, amma sənəd gəlməyincə hadisə yerinə
evakuator çağırılıb.
Bu dəfə sürücü avtobusun önünə keçərək maşının yerindən
tərpənməsinə imkan verməyəcəyini deyib. Həmin vaxt narazı tərəflə
nazirlik işçiləri dil tapmağa çalışıb.
Vəziyyətin dəyişmədiyini görən sürücü maşının cərimə meydançasına
aparılmaması üçün əlini benzinə atıb. Birtəhər sakitləşdirilən
sürücünün sənədləri alınaraq yola salınıb.
Saxlanılan diğər avtobusun sürücüsünün də sənədlərinin yerində
olmadığı məlum olub. Bu avtobus isə Bakıdan-Qazağa sərnişin
daşıyırmış.
Bakıdan-Qazağa sərnişin daşıyan avtobus sürücüsü Sarvan Cümşüdov
nəqliyyat nazirliyinin işçilərinə bildirib ki, hər bir sənədim var.
Bir dənə fərqlənmə nişanım yoxdur.
S. Cümşüdov da digər sənədləri yerində olmayan sürücülər kimi
məsuliyyətə cəlb olunub. Nəqliyyat işçilərinin reydə başlama
xəbərini eşidən digər bir neçə avtobus sürücüsü də maşınlarını tərk
edərək ərazidən uzaqlaşıblar.
Bundan sonra nəqliyyat nazirliyinin əməkdaşları Rusiya nömrəsi ilə
avtomobil idarə edən sürücünün sənədlərini yoxlayıblar. Nazirlik
əməkdaşlarının sözlərinə görə, hazırda sərnişinlə bərabər yük
daşıyan sürücülər da var. /Ans tv/
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”