10 gün vaxtınız var
Bizi izləyin

Qırmızı.az

10 gün vaxtınız var

Bu ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, ictimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin iyunun 17-dək bildirilməsi mümkün olacaq.

Rəy və təkliflər seçilmiş dərslik layihəsinin səhifəsində xüsusi ayrılmış bölmədə yazılmaqla, yaxud [email protected] elektron poçtuna göndərilməklə bildirilə bilər.

Bildirilib ki, dərslik layihələrinin təkmilləşdirilməsi baxımından konkret faktlara əsaslanan rəy və təkliflər nazirlik üçün önəmlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm