Qırmızı.az
Dünyanın ən zövqlü 5 birinci xanımı
UNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyeva həm ziyafət paltarlarında, həm də işgüzar kostyumlarda gözəl görünür.
Publika.Az AzərTAc-a istinadən məlumat verir ki, bu
sözlər "Smart News" internet nəşrində dərc edilmiş "Dünyanın ən
yüksək zövqlə geyinən beş birinci xanımı" adlı məqalədən
götürülüb.
Məqalədə deyilir: "Dəblə geyinən məşhurların siyahılarında
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adı Hollivud
ulduzlarından heç də az çəkilmir. Tənqidçilərin fikrincə,
Azərbaycanın birinci xanımının geyim tərzi həm gözəlliyi, həm də
ciddiliyi ilə fərqlənir. Onun obrazlarında vulqarlıq və brendlərin
təsiri hiss olunmur. O, qara rəngə və müasir klassikaya, ciddi
siluet cizgilərinə üstünlük verir.
Rusiyada çıxan populyar "Allure" moda gözəllik jurnalının
versiyasına görə 2013-cü ildə Mehriban xanım Əliyeva dünyanın ən
yüksək zövqlü birinci xanımlarının siyahısına başçılıq edir".
"Smart News" nəşrində dərc edilən məqalə müəllifinin fikrincə,
dünyanın ən yüksək zövqlü beş birinci xanımının siyahısına,
həmçinin ABŞ Prezidentinin xanımı Mişel Obama, İordaniya kraliçası
Raniyə, Çin Xalq Respublikası Sədrinin xanımı Si Tszinpin və
Suriyanın birinci xanımı Əsma Əsəd daxildir.
-
Sosial20:36
32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
-
Sosial20:00
Prezidentlə xanımının açılışını etdiyi hoteldən MARAQLI FOTOLAR
-
Magazin119:12
Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
-
İdman18:53
Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü
-
Nida Xəbər 18:10
Müdafiə naziri idarə rəisini İŞDƏN ÇIXARDI
-
Dünya17:43
Rusiyanın Zelenskiyə cavabı gecikmədi: Vladimir getdikcə...
-
Səhiyyə17:05
Doğum səviyyəsinin aşağıdüşmə səbəbi bəlli oldu: Çünki qadınlar...
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi