Qırmızı.az
Səlim Müslümov Milli Qəhrəmanlarla görüşüb
Yanvarın 16-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov «Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma» İctimai Birliyinin İdarə Heyətinin sədri Elşən Uluxanlını, Milli Qəhrəmanlar Eldar Ağayev və Zabit Quliyevi, iki Milli Qəhrəmanın ailə üzvünü qəbul edib. Bu barədə Publika.Az-a ƏƏSMN-dən məlumat verilib.
Səlim Müslümov Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına və onların ailələrinə göstərilən dövlət qayğısından söz açaraq, həmin insanların sosial müdafiəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə Milli Qəhrəmanların cəmiyyətə tanıdılması istiqamətində aparılan işlərdə birgə səylərin göstərilməsi, onların və ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması və mənzilə ehtiyac duyanların yeni mənzillərlə təmin olunması və s. ilə bağlı məsələlər geniş müzakirə olunub.
Səlim Müslümov toxunulan bir sıra məsələlərin həlli ilə əlaqədar yerindəcə müvafiq tapşırıqlar verib.
Elşən Uluxanlı və görüş iştirakçıları qəbul zamanı qaldırılan məsələlərə həssas və qayğıkeş münasibət göstərilməsindən razı qaldıqlarını ifadə ediblər.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO