Qırmızı.az
Bu gün nələr olub?
1945-ci il. Birləşmiş Millətlər Təşkilatı yaradılıb. Hazırda 193
ölkə bu təşkilatın üzvüdür. BMT-nin qərargahı Nyu-York
şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi
qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf
etdirməkdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.
2012-2013-cü illərdə BMT TŞ-nin üzvü olub.
26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılmasına başlanıldı. Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub.
26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin
“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və
narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə
günü” kimi qeyd olunur.
1934-cü il. İlk helikopter olan Focke-Wulf Fw 61 birinci uçuşunu həyata keçirib. İkinci Dünya Müharibəsindən əvvəl və müharibə dövründə Focke-Wulf şirkəti faşist Almaniyasını həm sərnişin, həm də hərbi təyyarələrlə təchizatında mühüm rol oynayıb.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."