Qırmızı.az
6 maşın yandıran hüquqşünas ruhi xəstəxanaya yerləşdirildi
Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc xəstəxanaya yerləşdirilib.
Publika.az Kəpəz TV-yə istinadən xəbər verir
ki, 2 gün öncə Gədəbəydə 6 avtomobili yandıran Novruz Vəliyev Qazax
Rayonlararası Ruhi Dispanserə göndərilib.
Alışqan və benzinlə "silahlanan" 25 yaşlı Fərzalı kənd sakini 2
ədəd Niva, 2 ədəd “QAZ 53”, 1 ədəd “UAZ”, 1 ədəd “Zil” markalı
maşını yandırıraq tam yararsız hala salmışdı. O, avtomobilləri
düzgün saxlanılmadığı üçün yandırdığını bildirmişdi.
Kənd sakinləri bildirir ki, Novruz ali məktəbi bitirib rayona
qayıtdıqdan sonra onda psixoloji problemlər yaranıb. Elə bu
səbəbdən valideynləri onu bir müddət paytaxda ruhi xəstəxanalardan
birinə yerləşdiriblər. Hazırda gənc yenidən müalicə olunur.
Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc Novruz Vəliyev barədə yeni faktlar ortaya çıxıb. Bu barədə Trend-ə Gədəbəy rayonunun Fərzalı kənd sakinləri məlumat verib.
Sakinlər bildirirlər ki, həmin şəxs kənddə dəfələrlə təxribatlar törətsə də, onun barəsində ciddi tədbir görülməyib:
"Bu, onun birinci hadisəsi deyil. Dəfələrlə kənddə hadisə törətməyə cəhd edib. Kənddə boş qalan evləri bir neçə dəfə yandırmağa cəhd edib. Sakinlərin müdaxiləsindən sonra onun belə hərəkətlərinin qarşısı alınıb. Təxminən 6-7 ay əvvəl Fərzalı kəndində bir evi benzin töküb yandırdı. Evin sahibi İsrafil Əliyev və onun həyat yoldaşı rəhmətə gedəndən sonra ev boş qalmışdı. Novruz da evin boş qalmasından istifadə edərək evə benzin töküb yandırmışdı. Hadisədən sonra polis onu saxlayaraq müalicəyə göndərdi. Amma az müddətdən sonra yenidən buraxdılar".
Sakinlər deyirlər ki, N. Vəliyev yaşadığı kənddə və yaxınlıqdakı kəndlərdə hamını hədələyib, birinin evini, birinin maşınını yandıracağını bildirib.
Qeyd edək ki, Novruz Vəliyev ixtisasca hüquqşünasdır.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı