Qırmızı.az
Ağdaşda naməlum varlığı görən şahid DANIŞDI
Qəribə məxluqlar kənd sakinlərini yuxusuz
qoyub.
Bir neçə gün öncə də məlumat verdiyimiz kimi Ağdaş rayonunun
Qoşaqovaq kəndinin sakinləri təlaş içərisindədirlər. 260-dan artıq
ailənin yaşadığı kəndin sakini Cavanşir Əyyubov deyir ki, naməlum
varlıq heç bir ziyanlıq etməsə də, sakinləri qorxudur. "Gecə səhərə
qədər yatmırıq. Evdə ailə-uşaq qorxur. Bir aydır ki, yuxu yatmırıq.
Səhərə qədər nəzarətdə dururuq. Hər gün də bu cür davam edir. Gecə
saat 3-ə qədər bu cürdür. Hər kəs əlində yaba yatmır", - deyə
Ağdaşın Qoşaqovaq kənd sakini Cavanşir Əyyubov bildirib.
Region TV xəbər verir ki, kənd sakinlərini narahat edən əsas məqam həmin naməlum canlını gösrələr də, onu tutmaqda çətinlik çəkmələridir. Gecə saatlarında bu kənddə yaşayan əksər insanların əlində fənər görmək olar. "O deyir ki, buradan keçdi. Bu deyir ki, oradan keçdi. Heç cür tutmaq olmur. Bu insandır. Bir əlində işıq, ağzında siqaret, digər əlində telefonu. Qonşu kənddə də bir neçə gün öncə olub. 10-15 gün də orada gəziblər və deyiblər ki, qorxusuz insandır", - deyə Qoşaqovaq kənd sakini Xəyyam Yediyarov vurğulayıb.
Sakinlər gecə saatlarında peyda olan insanabənzər canlının gələcəkdə kənddə oğurluq edəcəyindən narahatdırlar. Onlar deyirlər ki, bütün gecəni yuxusuz qalmaları gündüz vaxtı təsərrüfatlarında rahat şəkildə işləmələrinə də mənfi təsirini göstərir. İndi kənd sakinləri həmin naməlum varlığın əsl simasının üzə çıxacağı günü səbirsizliklə gözləyirlər.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO