1400-ə qədər şagird ixtisas seçə bilməyəcək
Bizi izləyin

Qırmızı.az

1400-ə qədər şagird ixtisas seçə bilməyəcək

9 illik təhsil bazası üzrə kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 7611 abituriyent qeydiyyatdan keçib. Onlardan 2409 abituriyent bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçib.

Tələbə Qəbulu üzrə Dövlət Qəbulu Komissiyasından Publika.az-a verilən məlumata görə, bu abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. Abituriyentlərdən 1019 nəfəri buraxılış (qəbul) imtahanı üzrə tələb olunan minimal müsabiqə şərtlərini ödəmədiyindən ixtisas seçiminə buraxılmayıb. İxtisas seçiminə buraxılanların sayı 1390 nəfərdir.

5202 abituriyent isə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçib. 1404 nəfər buraxılış (qəbul) imtahanının nəticəsinə qoyulan minimal bal tələbini ödəmədiyi üçün qabiliyyət imtahanlarına buraxılmayıb. Saat 16:00-a olan məlumata əsasən, qabiliyyət imtahanına buraxılan 3798 abituriyentdən 3304 nəfəri buraxılış vərəqəsini çap edib. İmtahanda iştirak edənlərdən 1580 nəfəri məqbul qiymət alıb. 1130 nəfər imtahana gəlməyib. 689 nəfərin qiyməti isə hələlik elektron məlumat bazasına daxil edilməyib.

Xatırladırıq ki, ixtisas seçimi iyul ayının 18-ə qədər davam edəcək və abituriyentlər qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da elektron ərizələrində qeyd edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm