Qırmızı.az
FHN Bakıda tapılan silah sursatla bağlı məlumat yaydı
Bakı şəhərinin Binəqədi rayonunda silah sursat aşkar
olunub.
Publika.az-ın Fövqəladə Hallar nazirliyinin saytına istinadən
verdiyi məlumata görə, silah sursat FHN-nin “112” qaynar telefon
xəttinə daxil olmuş məlumata əsasən tapılıb. Dərhal Fövqəladə
Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb
olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin
mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə
birgə hadisə yerinə baxış keçirib və xeyli sayda silah və sursat o
cümlədən: 1 ədəd tank əleyhinə qumbaraatan mərmisi, 131 ədəd əl
qumbarası, 103 ədəd əl qumbarasının alışdırıcısı, 24 ədəd avtomat
silahı, 2 ədəd snayper tüfəngi, 1 ədəd əl pulemyotu, 30186 ədəd
müxtəlif çaplı patron, 5 ədəd işığlandırıcı raket, 4 ədəd tüstü
şaşkası, 36 ədəd avtomat darağı, 1 ədəd “TOZ-8”, 13 ədəd ov
tüfəngin qundağı, 14 ədəd ov tüfəngin lülləsi və 1 ədəd 16 kalibrli
tüfəng aşkar edilib. İstifadə üçün yararsız olan döyüş sursatları
daxili qoşunların aidiyyəti mütəxəsisləri ilə birlikdə nazirliyin
Xüsusi Riskli Xilsetmə Xidmətin mütəxəssisləri tərəfindən müvafiq
poliqonda partlatma və yandırma üsulu ilə məhv edilib. İstifadə
üçün yararlı olan digər hərbi sursatlar və silahlar aidiyyəti üzrə
hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO