Qırmızı.az
Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ
"Yay mövsümündə məhsullar tez xarab olduğu üçün uşaqlara qidalar təzə-təzə verilməlidir".
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib.
O bildirib ki, yay aylarında, xüsusilə körpə uşaqlara verilən qidanın tərkibini dəyişmək olmaz: "Yay mövsümündə körpə uşaqların qidalanmasında əlavə yeməklərə keçmək olmaz. Əlavə qidalar veriləcəksə, bunu ilin sərin aylarına saxlamaq lazımdır. Əgər körpənin 6 ayı yayda tamam olubsa, əlavə qidalara keçmək üçün bir-iki ay gözləmək lazımdır. Bundan başqa, uşaqlara yaşına uyğun olmayan qida vermək olmaz. Həddindən artıq soyuq və ya isti qidalar vermək də məsləhət deyil. Yay mövsümündə ən çox zədələnən orqanlardan biri də mədə-bağırsaq sistemidir".
Uşaqlara yemiş-qarpız verilməsinə gəlincə, həkim bildirib ki, bunun üçün həmin məhsulların tərkibini bilmək lazımdır: "Əslində, uşaqlara bir yaşından sonra yemiş-qarpız vermək olar. Bir şərtlə ki, məhsulun kimyəvi maddələr verilmədən yetişdirilib-yetişdirilmədiyini biləsən. Bunu da heç kim təyin edə bilmədiyi üçün konkret bir söz demək olmur".
Baş pediatr əlavə edib ki, böyüklər yedikləri qarpızın mənfi təsirini görməsələr, həmin məhsuldan uşağa verə bilərlər.
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...