Qırmızı.az
Binalar zəlzələyə davamlıdırmı? - YOXLAMA
“İstər Bakı, istərsə də respublika ərazisində binalar tikilməmişdən əvvəl ərazilərin seysmik aktivliyi müəyyən edilir. Binanın necə tikilməsinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onlar daim bizimlə əməkdaşlıq edir. Bu danışıqlara əsasən deyə bilərəm ki, bina tikintisinə çox güclü nəzarət edilir”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli yeni tikilən binaların zəlzələyə davamlılığı ilə bağlı sualı cavablandırarkən deyib.
Q.Yetirmişli binaların tikintisində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəyinin nəzərə alındığını deyib: “Məsələn, Zaqatalada zəlzələdən sonra tikilən binalar hətta 9 bal zəlzələyə dözümlüdür. Baxmayaraq ki, həmin ərazi üçün maksimum 7 bal zəlzələ proqnozlaşdırılır”.
Direktor bildirib ki, təkcə yeni tikilən binalar deyil, bu vaxta qədər tikilmiş binaların da zəlzələyə dözümlülüyünun monitorinqi aparılacaq: “Bu il sentyabrın 19-21-də bizim mütəxəssislərimiz Almaniyaya gedəcək. Həmin görüşdə son danışıqlar aparılacaq. Bakıda binaların seysmik aktivliyini öyrənmək üçün Yer elmləri Araşdırma mərkəzi bizimlə birlikdə monitorinqlərə başlayacaq. Həmin monitorinqlərdən sonra binaların dözümlülüyü barədə daha dəqiq məlumat verə biləcəyik”.
Gülxar
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?