Qırmızı.az
AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub
AMEA-nın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, iclasda AMEA prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun “İnteqrativ biologiya və bioinformatika” adlı məruzəsi dinlənilib. Bildirilib ki, eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompüuter analizi sahəsində aparılmış tədqiqatlar nəticəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompüter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb. Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib. Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
İclasda Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının layihəsi müzakirə edilib, hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Bununla yanaşı, ölkə başçısının "Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" haqqında sərəncamından irəli gələn məsələlər və atılacaq addımlar da müzakirə edilib. Növbəti qərarla AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər. Bildirilib ki, mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi üçün müsabiqə elan edilməsi, həmçinin AMEA üzvlüyünə seçkilərlə əlaqədar elmi bölmələrdə ekspert komissiyalarının yaradılması haqqında qərarlar qəbul edilib. Eyni zamanda akademiyanın yeni nizamnamə layihəsi bəyənilmiş və ümumi yığıncağın müzakirəsinə verilməsi qərara alınıb. Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub, Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası isə Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb