Nəticələr açıqlandı - 576 boş yer qaldı
Bizi izləyin

Qırmızı.az

Nəticələr açıqlandı - 576 boş yer qaldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini avqustun 9-da elan edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3113 abituriyent ərizə təqdim edib. Onlardan 2122 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 10-da “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olanlar avqustun 10-dan 16-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm