"Nişanlımın dostuna aşiq oldum..." - ETİRAF
Bizi izləyin

Qırmızı.az

"Nişanlımın dostuna aşiq oldum..." - ETİRAF

30 yaşım yenicə tamam olan qadın idim.

Tərslikdənmidir, qismətdənmidir bilmirəm... Bugünədək gözəl bir münasibətim olmayıb, olanlar isə 3 ayı keçmirdi ki, sonlanırdı. Əslində evlənmək kimi bir xəyalım yoxuydu, amma üzərimdə ailə təzyiqi çox idi evlənim deyə. Mən sevib ailə quracam ümidi bir evlilik istəyərkən ailəm və ətrafımdakılar "30 yaşdan sonra nə sevgi"? deyə məni sıxışdırırdılar. Xüsusilə anamın bu hala çox üzüldüyünü bilirdim, ancaq yenə də çox məhəl qoymurdum. Bir gün anamın öz otağında ağlayaraq mənim evlənməyim və yaxşı ər tapıb gözəl ailə qurmağım üçün dua etdiyini eşidəndə özümü çox pis hiss etməyə başladım və ətrafımdakı bütün kişilərə "evlənək kişi" gözü ilə yoxlamağa başladım.

O an anladım ki, ətrafımda həqiqətən evlənəcəyim bir kişi yox idi. Özüm baxımlı qadınam, "Kişinin qaşı belə olsun, boyu belə olsun" deyə göstəricilərim də yox idi amma yenə də evlənəcəyim birini tapa bilmədim. Bir gün anamın tanıdıqları vasitəsi ilə bir adamla tanış oldum. Aşiq olmamışam ona düzdü, amma pis biri kimi də gəlmədi mənə.

Hətta yaxşı biri kimi bildim onu. Üzərimdə o qədər çox təzyiq hiss edirdim ki, heç bir dərinliyə girmədən, xəyalımı mühakimə etmədən, nə istədiyimə əmin olmadan tanış olmağımızdan 3 ay sonra üzük taxdıq yəni nişanlandıq. Təxminən bir 6 ay qədər sonra da toyumuz olacaqdı. Toy hazırlıqları apararkən nişanlımın yaxın dostu (adına şərti olaraq Tofiq deyəcəyəm) ilə tanış olduq. Onu ilk gördüyüm anda ürəyim çox həyəcanlandı, inanılmaz bir hiss bürüdü içimi. Ancaq çox böyük bir məsuliyyət var idi üzərimdə. Nişanlı olmağım. Nişanlımın da mənə çox aşiq olduğunu düşünmürdüm, amma evlilik planları edərkən onu yarı yolda qoymaq ürəyimcə deyildi.

Nişanlım, mən və Tofiqin də aralarında olduğu dost mühitindəki görüşlərimiz toya 4 ay qalmış daha da artmağa başladı. O görüşlərdən birində Tofiqin də mənə marağı olduğunu hiss etdim. O, mənim nə sevdiyimi, nəyə allergiyam olduğunu, nələrdən xoşlandığımı o qədər yaxşı izləyib və yadında saxlamışdı ki, onun da məndən xoşlandığını anlamamaq artıq mümkünsüz idi. Mən nişanlımdan ayrılmağa qərar vermişdim artıq. Ancaq bunu ona necə söyləyəcəyimi bilmirdim. Öncə yaxın dostlarımla bu sirrimi bölüşdüm. Onların dəstəyi ilə məsələni anama danışdım. Çox çətin olsa da nişanı atdım. Nişanı atdıqdan sonra Tofiqə onunla görüşmək istədiyimi və ona deyiləsi sözlərimin olduğunu dedim. İlk öncə çəkindi, ancaq sonra razılaşdı. 35 yaşıma gələndə artıq xəyalımdakı sevgi üzərində qurulmuş ailəsi olan bir qadın idim.

İndi sevdiyim yoldaşımdan hamiləyəm, Tofiqdən uşağım olacaq. Bu etirafı və məlumatımı sizlərlə ona görə bölüşürəm ki, ailə ailə təzyiqi ilə özünü evlənmək məcburiyyətində hiss edən qadınlar aldanmasınlar. Hisslərinizdən, istəyinizdən əmin olmadan ciddi bir addım atmayın. Həqiqətən o addım insanı çox incidir. Hər kəsə sevgi üzərində qurulmuş xoşbəxt ailə qurmağı arzu edirəm./qadinlar.biz/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm