• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Deputat azanı kəsdiribmi? “Allah şahiddir ki...” – Məscidin axundu

Deputat azanı kəsdiribmi? “Allah şahiddir ki...” – Məscidin axundu

Şabran şəhər “Xıdır Zində” məscidinin axundu hacı Rahib Mövsümov millət vəkili Tahir Süleymanov tərəfindən sözügedən məsciddə azan verilməsinin qadağan edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Axund Publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu məscidin tikilməsində Tahir Süleymanovun böyük rolu var. Məscidin tikilməsinin təşəbbüskarı Tahir müəllim olub. İndi də Tahir Süleymanov bu ərazidən seçilən deputat kimi əlindən gələn dəstəyi verir. O, nəinki məscidin, qəbiristanlıq və digər yerlərin təmiri üçün də yaxından köməklik göstərib. Şabranda heç kəs Tahir Süleymanovun pis adam olduğunu deyə bilməz. Tahir müəllim dinə hörmət bəsləyən inanclı adamdır. Onun ailə üzvləri də dinə bağlı olan, Həcc ziyarətinə gedib-gəlmiş adamlardır. Övladlarını şəxsən tanıyıram, namaz qılan insanlardır. Allaha and olsun ki, biz o kişidən (Tahir Süleymanovu nəzərdə tutur – red.) heç zaman pislik görməmişik, ancaq yaxşılıq görmüşük. Buna Allah da şahiddir. Ona görə də məsciddə guya azanın verilməməsi barədə səslənən ittihamlar tamamilə yalan və cəfəngiyatdır”.

Hacı Rahib Mövsümov qeyd edib ki, “Xıdır Zində” məscidində hər gün azan verilir: “Özü də azan məscidin axundu olaraq mənim tərəfimdən verilir. Bütün dini ayinlər və mərasimlər də şəxsən mənim rəhbərliyim altında keçirilir. Hər kəs gəlib burada dediklərimə şahid ola bilər. Digər tərəfdən isə Tahir müəllim azanı kəsmir, əksinə məscid üçün səsgücləndiricilər alır. Tahir Süleymanov məscid üçün yeni səsgücləndiricilər alıb ki, azan yüksək səslə oxunsun”.

Xatırladaq ki, tanınmış blogger Mehman Hüseynov Şabranın deputatı Tahir Süleymanovun bu rayonda yerləşən dəbdəbəli villasını lentə alaraq “Sancaq” adlı “facebook” səhifəsində paylaşıb.

Mehman Hüseynov videoda villanın necə tikilməsi barədə də danışaraq, bildirib ki, deputatın villasının yerində kasıb bir ailənin evi varmış: “Lakin rayon rəhbərliyi həmin ailəyə deyib ki, yaxınlıqda məscid olduğuna görə ev sökülməlidir. Bildiriblər ki, məscidin yanında ev tikilə bilməz. Ev söküləndən sonra Tahir Süleymanov həmin ərazidə özünə dəbdəbəli villa inşa etdirib”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>