İntihara cəhd edən tələbə ilə bağlı BDU – dan açıqlama
Bizi izləyin

Qırmızı.az

İntihara cəhd edən tələbə ilə bağlı BDU – dan açıqlama

İntihara cəhd edən tələbə ilə bağlı BDU – dan açıqlama

Bakı Dövlət Universiteti (BDU) intihara cəhd edən tələbəsi - Babayeva Aysel Muxtar qızının ilə bağlı açıqlama verib.

Publika.Az – ın məlumatına görə, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova A.Babayeva qayıbları və akademik borclarına görə intihara cəhd etməsi haqqında yayılmış xəbərə cavab olaraq bildirib ki, o, 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib: "Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb.

A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır". Qeyd edək ki, 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva ötən gün saat 20:18 radələrində özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb.

Hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Polisdən A. Babayevanın Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olduğu və hadisəni qayıbları və akademik borcları çox olduğuna görə etdiyi bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm