Qırmızı.az
Azərbaycan üçün Afrika təcrübəsi: - “Sakit ov”dan necə pul qazanaq?
Turistlərin cəlb edilməsi üçün müxtəlif turların təşkil
edilməsi təcrübəsi geniş yayılıb. Bu turlar arasında ən
xüsusilərindən biri safari turlarıdır. Bu, ümumilikdə ekoturizmin
tərkibinə daxil olsa da, populyarlığına görə xüsusi olaraq
göstərilir.
Admiral.Az turizmdə xüsusi yerə sahib olan safari turlarını, bunun
Azərbaycanda tətbiq edilməsinin mümkünlüyünü araşdırıb.
Safari: ərəb mənşəli olan
safari sözü “səfər” mənasını daşıyır. Turizmin bu növünün nə vaxt
və harada yaranması haqqında dəqiq məlumat yoxdur. O məlumdur ki,
safari turları ilk dəfə Afrikada təşkil olunub. Məqsəd Qərbi
Avropadan və Amerikadan gələn varlı turistlərin maraqlarını yerli
vəhşi fauna nümunələrinə cəlb etməkdir. Safari turları vəhşi
heyvanların ovlanması, yaxud onları yaxından müşahidə etməkdir.
Turistlər belə turlar zamanı keçilməz cəngəlliklərə, səhrəlara
səyahət edir, həm ov edir, həm də istirahət edirlər.
Safari turları Avropadan başqa, digər qitələrdə -
Afrika, Asiya,
Cənubi və Şimali
Amerika,
Avstraliyada geniş
yayılıb.
Son dövrlər safari
turları zamanı vəşhi heyvanlarla yanaşı, bütün növ heyvanların
ovlanması fauna aləminə ciddi zərbə vurur. Xüsusilə nəsli
kəsilməkdə olan heyvan növlərinin ovlanmasından sonra bu turların
sayı azaldılıb. Lakin bu, safari turlarının turizm növü kimi aradan
çıxması demək deyil. Vəhşi heyvanların ovlanmasının yerini artıq
“sakit ov” tutmaqdadır.
“Sakit ov” safari turları zamanı vəşhi heyvanların, təbiət
möcüzələrinin fotolarının çəkilməsidir. Buna foto-safari də
deyirlər. Məhz foto-safari turları təcrübəsinin Azərbaycanda
tətbiqi mümkündür.
Beynəlxalq təcrübəyə görə, foto-safarilər, yəni “sakit ov” xüsusi
mühafizə olunan təbiət əraziləri, milli parklar, qoruqlarda həyata
keçirilə bilər. Azərbaycanın Ordubad, Şirvan, Ağ göl, Hirkan,
Altıağac, Abşeron, Şahdağ kimi milli parkları var. Həmçinin,
12 dövlət qoruğu və 23 dövlət yasaqlığı var.
Azərbaycanın sahib olduğu fauna aləmi də zəngindir. Respublikada
97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ
dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü
məlumdur. Heyvan növlərinin respublika ərazisində yayılma arealı da
müxtəlifdir. Bəzi heyvanlar yalnız məhdud ərazilərdə, digərləri isə
respublikanın bütün ərazisində yayılıb. Misal üçün,
Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş
ördək Xəzərin sahilində, Qaya keçisi və Cənubi Qafqaz muflonu
Naxçıvanda, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda
rast gəlir. Bunlarla yanaşı, Qafqaz dağlarında vəşhi dağ keçiləri,
Qafqaz qonur ayısı və digər vəhşi heyvanlar da mövcuddur.
Doğrudur, Azərbaycanda Afrika çöllərindəki aslanlara, bəbirlərə,
yaxud fillərə rast gəlmək olmaz. Lakin ölkəmizin faunasının
özünəməxsus özəlliklərə sahib olması da faktdır. Bu baxımdan,
Azərbaycanda da safari turları, xüsusilə foto-safari turlarını
təşkil etmək mümkündür.
Qeyd edək ki, hazırda Azərbaycanda bir sıra turizm şirkətləri
bölgələrə safari turları, yaxud “jeep-safari” avtoturları var.
Hətta ölkəmizdə “Safari” Beynəlxalq Ov Mərkəzi belə fəaliyyət
göstərir. Lakin bu mərkəz azərbaycanlı ovçuların Afrika çöllərində
ov etməsini təşkil edir. Halbuki, ölkədə safari-turlarının təşkil
edilməsi yerli ov həvəskarlarının pullarını Afrikaya xərcləməsinin
qarşısını müəyyən qədər ala bilər.
Digər tərəfdən, təşkil olunan safari turları dünya standartlarına
uyğun gəlmədiyi üçün nəinki xariciləri, heç yerli turistləri də o
qədər maraqlandırmır.
Kanada, Malayziya,
Madaqaskar, Zambiya, CAR, Keniya kimi ölkələrin təcrübəsi isə
safari turlarından böyük gəlir əldə etməyin mümkün olduğunu
göstərir.
Safari turlarının təşkili üçün bir sıra addımların atılması
zərurəti var:
1. Beynəlxalq təcrübənin tətbiqi.
2. Belə turların təşkil ediləcəyi yerlərdə infrastrukturun
yaradılması.
3. Ölkənin safari turları üçün uyğun olan potensialının beynəlxalq
səviyyədə tanıdılması.
Bu komponentlərdən istifadə etməklə, həm yerli
turistlər, həm də xarici turistlər üçün safari turlarının təşkilini
həyata keçirmək olar.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO