Nazirlik xaricdə təhsillə bağlı açıqlama yaydı
Bizi izləyin

Qırmızı.az

Nazirlik xaricdə təhsillə bağlı açıqlama yaydı

Təhsil Nazirliyindən xaricdə təhsillə bağlı açıqlama

Nazirliyin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, vətəndaşların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, bildirilir ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır: “Belə hallarla rastlaşdığınız təqdirdə Nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm