İki ay əvvəl təmir olunmuş yol bərbad vəziyyətdə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İki ay əvvəl təmir olunmuş yol bərbad vəziyyətdə - FOTOLAR

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi və Nizami rayonu Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki səki daşları dağıdılıb.

Bu barədə Publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

O bildirib ki, H.Əliyev küçəsində iki ay əvvəl, Naxçıvanski küçəsi isə üç-dörd ay əvvəl təmir edilib: “Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vətədaşların ödədiyi vergilər hesabına formalaşır. Dövlət əmlakına maddı ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar. Hələ mən bunun digər tərəflərini demirəm…”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm