Qırmızı.az
Turizm sahəsində işləyənlər üçün yeni QAYDALAR
Azərbaycanda turizm sahəsi üzrə işləyənlər üçün icrası
məcburi olan yeni tələblər qoyulur.
Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan
“Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilir ki, turizm sahəsində bir sıra şəxslər
mütləq peşə sertifikatı almalıdırlar. Həmin şəxslər hüquqi şəxs
olan turagentin və ya turoperatorun, onların filialları və
nümayəndəliklərində idarəetmə və ya nəzarət orqanında vəzifə tutan
şəxs, habelə idarəetmə və ya nəzarət funksiyasını təkbaşına icra
edən şəxs, turizm fəaliyyəti ilə şəxsən məşğul olan fərdi sahibkar,
turizm təşkilatçısına tabe olan və turistlərin qəbulu ilə məşğul
olan qurumun rəhbəri (menecer, baş menecer və s.) və ya bu
funksiyanı təkbaşına icra edən şəxs (menecer, idarəçi, məsul şəxs),
bələdçi, bələdçi-tərçüməçi, yerləşdirmə fəaliyyəti ilə məşğul olan
fərdi sahibkar, yerləşdirmə vasitəsində turistlərin qəbulu ilə
məşğul olan qurumun rəhbəri və ya bu funksiyanı icra edən
şəxslərdir.
Layihəyə görə, nəzarət orqanının müəyyən etdiyi qaydalar üzrə
peşə sertifikatı almamış şəxsin aidiyyəti fəaliyyəti həyata
keçirməsi məsuliyyətə səbəb olacaq. Bu halda həmin şəxs barədə
məlumat Dövlət Turizm Reyesytrinin aktiv bölməsindən
çıxarılmalıdır. Şəxs peşə imtahanını uğurla verdikdə onun
barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktib bölməsinə
daxil edilməlidir. Peşə imtahanı vermiş şəxsin arzusu ilə peşə
sertifikatı elektron formada verilir.
Peşə sertifikatının sahibi barəsində məhkəmə tərəfindən oğurluq, etibardan sui-istifadə, dələduzluq, sənədlərin saxtalaşdırılması, rüşvət vermə və rüşvət alma maddələri üzrə ittiham hökmü çıxarıldıqda və ya eyni maddələr üzrə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verildikdə nəzarət orqanı müvafiq peşə sertifijkatını etbarsız hesab etməlidir. (Trend.az)
-
İdman23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”