Qırmızı.az
254 məktəbdə pulsuz hazırlıq qrupları yaradılır
2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək.
Publika.az xəbər verir ki, hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir.Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişləcəyi gözlənilir.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar aşağıdakı sənədlər əsasında qəbul ediləcəklər:
1. məktəbin direktorunun adına ərizə;
2. uşağın mübadilə vərəqəsi;
3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli
Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO