Qırmızı.az
Azərbaycanda seks yoxdur?
Səhiyyə naziri dövlət xəstəxanalarında seksopatoloji kabinetləri ləğv edib.
25 illik stajı olan təbibdən şikayət: “Doğrudanmı bizə həkim-seksopatoloqlar lazım deyil?!”
Seksual problemlərlə bağlı dövlət xəstəxalaraındakı həkimə müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar. Belə ki, Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Əmr verilməsinə baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib. Amm artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalara seksopatoloji kabiunetlər fəaliyyət göstərir.
Tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev Modern.azsaytına
açıqlamasında bundan şikayətlənib.
“Seksopatoloji xəstəliklər əvvəlki illərlə müqayisədə çox
cavanlaşıb. Bu gün həkimə müraciət edən xəstələr arasında gənclər
çoxluq təşkil edir. Təbii ki, xəstələr vaxtında həkimə müraciət
etmədikləri üçün bir müddət keçdikdən sonra ciddi problemlərlə
qarşılaşırlar. Bunun bir səbəbi mental xüsusiyyətlə bağlıdır. Yəni
insanlar seksopatoloqa müraciət etməkdən utanırlar. Ancaq onlar
bilməlidir ki, müalicənin ləngiməsi xəstəliyin xroniki hala keçməsi
ilə nəticələnir, nəticədə orqanizmdə müxtəlif fəsadlara yol açılır.
Ağır seksual problemləri olan posientlərdə, nikahda olan
cütlüklərdə yaranan dishormoniyalı xəstələrə göstərilən köməklik,
təəssüflər ki, dayana bilər. Çünki bu gün seksopatologiya sahəsinin
öz adı altında fəaliyyət göstərməsinə qadağa qoyulub”, – deyə
həkim-seksapatoloq qeyd edir.
X.Əliyevin sözlərinə görə, dövlət xəstəxana və klinikalarında seksapatoloji kabinetlərin ləğvi ucbatından pasientlər seksopatoloqun yanına deyil, terapevtin yanına getməlidirlər.
“1989-cu ilin avqustundan səhiyyə nazirinin əmri ilə
Bakı şəhərinin ən böyük xəstəxana və poliklinikalarında
seksopatoloji kabinetlər təşkil olunub. Həmin vaxtdan 7 nömrəli
şəhər poliklinikasında həkim-seksopatoloq vəzifəsinə təyin
olunmuşam. Çünki Tibb Universitetini bitirdikdən sonra
Sankt-Peterburqda bu sahə üzrə ixtisasartırma kursları keçmişəm.
Amma 2009-cu ildə səhiyyə nazirinin 119 saylı əmrinə əsasən
həkim-seksopatoloq ştatı ləğv olunub və o, terapevt ştatı ilə
əvəzlənib. Bu günə qədər öz ixtisası üzrə işləyən bir həkimin, 25
ildən sonra terapevt kimi fəaliyyət göstərməsi nə dərəcədə
düzgündür, bunu başa düşə bilmirəm. Üstəlik, axı
həkim-seksopatoloqlar onsuz da seksopatoloji problemlərin
terapiyası ilə məşğul olur. Baxın, bu gün apteklərdə yüzlərlə adda
seksopatoloji preparatlar satılır. Amma bu dərmanları xəstələrə
terapevtlər deyil, həkim-seksopatoloqlar təyin
etməlidirlər”.
Həkim-seksapatoloqun fikrincə, sahənin adının dəyişdirilməsi
xəstələrin düzgün qərar çıxarmasında problemlər yaradır.
“İnsan xəstəliklə bağlı hansı həkimə müraciət edəcəyini bilmir.
Təsəvvür edin də, seksopatoloji problemlə seksopatoloqun yanına
gələn xəstəyə deyirlər ki, get özünü terapevtə göstər. Yəni ilk
addımda göründüyü kimi xəstə problemlə qarşılaşır”.
X. Əliyev problemin dərhal çözülməsinin vacibliyini vurğulayır: “Düzdür, mən hələ də həkim-seksopatoloq kimi fəaliyyət göstərirəm. Çünki bu, ixtisasımdır. Amma hələ 2009-cu ildə məsələyə ciddi etirazımı bildirmişəm. Həmin vaxt məni poliklinikanın kadrlar şöbəsindən çağırıb dedilər ki, narahat olmağa dəyməz, sən onsuz da seksopatoloji kabinetdə terapevt vəzifəsində həkim-seksopatoloq ixtisası üzrə işləyəcəksən. Əmək kitabçamda da belə yazılıb. Lakin bir müddət sonra işlədiyim 7 saylı poliklinika təmirə bağlandı. 2014-cü ildə, yəni təmirdən sonra məlum oldu ki, həkim-seksopatoloq ştatı ləğv olunaraq terapevt ştatı ilə əvəzlənib. Mənim üçün çox maraqlıdır görəsən, bu ştatın ləğv olunması ölkəmizdə seksopatoloji xəstəliklərin və həmin xəstəliklə əlaqədar yaranan ailə problemlərinin qarşısını ala biləcəkmi?!”
-
Region02:12
Qonşu ölkədə güclü ZƏLZƏLƏ OLDU
-
Magazin100:45
Razi Əliyeva hamilədir - FOTO
-
Magazin100:30
Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz" - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: səhhətinizdə problemlər yaranacaq
-
Magazin23 Noyabr 22:36
Məşhur rok musiqiçisi VƏFAT ETDİ
-
Avropa3 Noyabr 22:24
5,3 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman3 Noyabr 22:12
Dünya Çempionatının ən seksual fanatından dərin sinə dekoltesi - VİDEO
-
Nəqliyyat3 Noyabr 21:36
Sürücülərin NƏZƏRİNƏ: bu yolda sürət həddi endirildi