Qırmızı.az
Abutalıbov maşınların park edilməsi haqda sərəncam verdi
Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və
metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının
alınması üçün tədbirlər görüləcək.
Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakıda avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, ötən bazar günü keçirilən Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev paytaxtda avtomobillərin park edilməsi qaydasından narazılığını bildirmişdi: “İnkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim