Qırmızı.az
Akif Əlizadə :“Bəzi institutların elmi planları çox geridə qalıb"
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi fəaliyyətinə həsr olunmuş ümumi yığıncaq keçirilib.
Publika.Az –ın məlumatına görə, fəxri xiyabanda Heydər Əliyevin məzarının ziyarəti ilə başlayan tədbir sərgi ilə davam edib. Sərgidə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iştirak edib. O, AMEA institutlarının elmi nailiyyətlərinin əks olunduğu sərgidəki materiallarla tanış olub.
Tədbiri giriş sözü ilə akademiyanın prezidenti Akif Əlizadə açıb. O vurğulayıb ki, Rəyasət Heyətinin sonuncu iclasından sonra Akademiyanın 7 alimi dünyasını dəyişib. Onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. A.Əlizadə bildirib ki, yığıncağın gündəliyinə iki məsələ daxil edilib. Bunlar akademiyanın 2013-cü ildəki elmi fəaliyyətinə həsr olunmuş hesabatın dinlənməsi və alimlərin mükafatlandırılması olub.
Akif Əlizadə AMEA-da gözlənilən yeniliklərdən də danışıb: “Elmi kitabxanası yaxın zamanda təmir edilib, AMEA-nın sturukturuna daxil olacaq. Milli Ensiklopediyanın binası da yaxın zamanda alimlərin istifadəsinə veriləcək. 40-dan çox alim müxtəlif ölkələrdə təcrübə keçiblər. Bundan başqa, institutların elmi planlarında yeniliklər var. Araşdırmalarımız göstərdi ki, bəzi institutların elmi planları çox geridə qalıb".
Akif Əlizadə alimlərin stimullaşdırılmasından da danışıb: “Bu iclasda çatdıra bilməsək də, iki nüfuzlu alimə Nizami adına Qızıl Medal veriləcək. Bu medalın bir azərbaycanlı, bir xarici alimə verilməsini planlaşdırmışıq. Bu il sentyabrda Birinci Bakı Elm Festivalı keçirəcəyik. Düşünürəm ki, Təhsil Nazirliyi də bu işdə bizə dəstək olacaq. Dekabr ayında Azərbaycan alimlərin birinci qurultayı baş tutacaq”.
Gülxar
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR