
Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Sabirabad şəhər sakini Talıb Hüseynovun idarə etdiyi “VAZ-2106” və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Talıb Hüseynov hadisə yerində ölüb, Hidayət Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.