Qırmızı.az
Polis zabitinin evindən 300 kq iylənmiş ət aşkarlandı - ƏMƏLİYYAT
Canpolad Eyvazovun Quşçuluq massivində yerləşən həyətindən 300 kq mənşəyi məlum olmayan iylənmiş toyuq əti aşkarlanıb.
"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə,
əməliyyatı Abşeron rayon baytarlıq idarəsi həyata keçirib.
Məlumata görə, iylənmiş toyuq əti dönərxanalara ötürülürmüş.
Baytarlıq idarəsinin əməkdaşı Fəxrəddin Səmədov müxbirimizə
bildirib ki, götürülmüş ət Baytarlıq İdarəsinin laborotoriyasına
göndərilib, ekspertiza rəyindən sonra keyfiyyəti haqda dəqiq
məlumat veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin
rəisi Sialə Rüstəmova isə “Axar.az”a bildirib ki, bugünkü əməliyyat
Balaxanı, Abşeron və Keşlədə baş tutmalı imiş:
“Tədbirlər nəticəsində Balaxanı kəndində 1,2 tona yaxın, Abşeron rayonunda isə 300 kq sümükdən ayrılmış, antisanitar vəziyyətdə olan hind quşu əti aşkarlanıb. İndi isə reyd üçün Keşləyə yola düşürük”.
Qonşuların verdiyi məlumata görə, Quşçuluq massivindəki həmin ev
Yasamal rayon Polis şöbəsində işləyən bir polis zabitinə məxsusdur.
Canpolad Eyvazov həmin evdə kirayədə yaşayır. Əməliyyat sırasında
o, evdə olmayıb.
Xatırladaq ki, hadisə yerinə Abşeron Rayon Polis İdarəsi, Baytarlıq
İdarəsinin əməkdaşları və rayon prokurorluğu cəlb olunub.
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...