Qırmızı.az
BDU-da 90 illik yubiley keçirilib
Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, coğrafiya elmləri doktoru, professor Rizvan Piriyevin 90 illik yubileyinə həsr olunmuş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
BDU-nun mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, konfransdan əvvəl Coğrafiya fakültəsində görkəmli alimin barelyefinin açılış mərasimi olub.
Konfransda respublikanın tanınmış ziyalıları, o cümlədən, universitetin professor-müəllim heyəti, tələbələr də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov professor Rizvan Piriyevin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərini diqqətə çatdırıb.
Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov “Rizvan Piriyevin həyatı və elmi-pedoqoji fəaliyyəti haqqında”, Ekoloji coğrafiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı “Zəmanəsini tərənnüm edən alim-ziyalı”, AMEA-nın Coğrafiya institunun direktor müavini Elbrus Əlizadə professor “Qayğıkeş müəllim, böyük alim” , AMEA-nın Dilçilik institutunun direktoru, professor Tofiq Hacıyev, Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov, Coğrafiya fakültəsinin dekan müavini Ramiz Əhlimanov, Slavyan Universitetinin pedaqoqika kafedrasının dekanı, professor Eldar Piriyev mövzuları üzrə məruzə ediblər.
Çıxışlar və xatirələrdən sonra tədbir işini bölmələrdə davam etdirib. 4 bölmədən ümumən 112 məruzə dinlənilib.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR