Qırmızı.az
Bir erməni əsgəri öldürüldü
Qarabağdakı erməni hərbi qüvvələri yanvarın 19-dan 20-ə keçən
gecə təmas xəttində bir neçə istiqamətdən Azərbaycan ordusunun
təxribat qrupunun hücumuna məruz qaldığını bildirir.
Məlumatda iddia edilir ki, hücumun qarşısı alınarkən kiçik çavuş
Armen Ovannisyan həlak olub, Azərbaycan əsgərləri də canlı qüvvə və
texnika sarıdan itki verərək geri çəkiliblər.
Bunlar Qarabağı nəzarətdə saxlayan erməni qüvvələrinin rəsmi
məlumatıdır.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə ANS
PRESS-ə bildiriblər ki, qoşunların təmas xəttində hər hansı hadisə
qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar
dezinformasiya və təxribat xarakteri daşıyır: "Ermənistan
ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı
səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan
çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı
münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir" -
deyə Azərbaycanın Müdafiə Nazirliyi bildirir.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO