Tələbə rektor oldu
Bizi izləyin

Qırmızı.az

Tələbə rektor oldu

Tələbə rektor oldu

Azərbaycan Dövlət İqtisad Universitetində bir günlük “Tələbə rektor” layihəsinə start verilib.

Universitetin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə,səsvermə yolu ilə seçilmiş Kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edib.

Rektorla birgi iş gününə başlayan “Tələbə rektor” əvvəlcədən tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək, konkret problemləri müəyyənləşdirib, onları sistemləşdirərək problemlərin həlli istiqamətində və universitetin inkişafı üzrə hazırladığı təklif və tövsiyyələr rektora təqdim edib.

Daha sonra rektorla “Tələbə rektor” Böyük Britaniyadan gələn nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər arasinda gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.Bir günlük rektor universitet rektoru ilə bir yerdə ali təhsil ocağının əməkdaşlarını qəbul edib, Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyinə həsr olunmuş “dəyirmi masa”da iştirak edib.

Günün sonunda isə rektor Ədalət Muradov və “Tələbə rektor” Nurlan İbrahimov tələbə yeməkxanasında çay süfrəsi arxasında tələbələri dinləyərək, onların problemləri ilə tanış olaraq, həll yollarını birgə müzakirə ediblər.

Qeyd edək ki, layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır. Layihə ayda bir dəfə həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm