Qırmızı.az
Respublika ərazisində bu günə olan hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3°,
gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi
rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Yanvarın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və
mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa
da, ayın 22-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz
arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında arabir qar
yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 10-15° şaxta, dağlıq ərazilərdə 17° şaxta, gündüz
3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında arabir qar yağacağı ehtimal olunur.
Gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 8-12° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar
yağacağı ehtimalı vardır. Cecə və səhər ayrı-ayrı yerlərdə duman
olacaq.
Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə
5-10° , gündüz 0-5° şaxta gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın
arabir yağıntılı olacağı ehtimal edilir. Cecə və səhər bəzi
yerlərdə duman olacaq.
Gecə 0-5, gündüz 6-11° isti gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda
qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 0-5° , gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan
2°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək