Azərbaycanda əlil gənclər hərbi xidmət keçəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda əlil gənclər hərbi xidmət keçəcək

Azərbaycanda əlil gənclər üçün bir günlük hərbi xidmət təşkil ediləcək.


Trend-in məlumatına görə, aprelin 30-da respublikanın müxtəlif bölgələrindən olan sağlamlıq imkanları məhdud 30 nəfərə yaxın bir qrup gəncin bir günlük simvolik hərbi xidmət keçməsi təşkil ediləcək.


Əlil gənclər bir gün ərzində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə gətiriləcək. Burada onlar hərbi geyim geyəcək, hərbi rejimə uyğun olaraq qidalanacaq, sıra təlimi keçəcək, silahlarla yaxından tanış olacaqlar. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm