Qırmızı.az
Əlil və şəhid ailələrinə yeni mənzillər veriləcək
Bərdə və Goranboy rayonlarında yeni yaşayış binaları əlil və şəhid ailələrinə təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bərdə rayonunda inşa olunan 4 mərtəbəli 36 mənzilli, Goranboy rayonunda isə 6 mərtəbəli 54 mənzilli yaşayış evlərinin tikintisi artıq başa çatmaqdadır. Müasir tələblərə uyğun inşa olunan yaşayış evlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılır, sakinlərin mənalı istirahəti üçün müvafiq şərait yaradılır.
Yaxın günlərdə binalardakı mənzillərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillərin verilməsi ƏƏSMN-nin rəsmi internet saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında həyata keçiriləcək. Cari ildə Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərinin əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO