Qırmızı.az
Doğuşda ölən aktrisanın həyat yoldaşı danışdı
“Həyat yoldaşımın ölümündə Yevlax rayonunun Xaldan kənd xəstəxanasının həkimi günahkardır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Mingəçevir Teatrının aktrisası Pərvanə Qurbanovanın həyat yoldaşı Anar Qurbanov deyib:“Günorta saat 14 00 -da yoldaşımla xəstəxanaya getdik. Həkim məni əmin elədi ki, uşaqla bağlı hər şey yaxşıdır. Dedi axşam gələrsiniz. Evə qayıtdıq, axşama hazırlaşırdıq. Axşam saat 6-7 – radələrində yenidən xəstəxanaya qayıtdıq. Həkimlə söhbət etdik. Məni əmin elədi ki, hər şey yaxşı olacaq. Bizim əlimizdə müayinə kağızı var. Yoldaşım neçə dəfə müayinədən keçib. Bütün sənədlərdə uşağın sağlam olduğu bildirilir. Sənədləri həkimə göstərirəm, deyir xəstə olub. Sən necə həkimsən ki, məni arxayın edirsən. Sən məni arxayın sala bilərsən, amma öz həyatını arxayın sala bilməzsən”.
Onun sözlərinə görə, həkim artıq Bakıdadır:
“Mənə dedilər ki, həkim Bakıya qaçıb. Qaça bilər, hətta pul verib özünü xilas edə bilər. Amma öz vicdanını rahatlada bilməz. Mənə onu da dedilər ki, həmin xəstəxana bu üçüncü belə ölümdür. Bunu bilsəydim, heç vaxt ora müraciət etməzdim”.
Qeyd edək ki, aktrisa Mingəçevir Teatrının Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ölüb.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək