Qırmızı.az
Bakı metrosunda qəribə cinayət
21 yaşlı Səxavət
Şəfiyev Nizami rayonu, Qara Qarayev
prospektində, quldurluq etdiyi üçün saxlanılıb.
O, metronun “Neftçilər” stansiyasının yaxınlığında özündən yaşca kiçik olan Hüseyn Bağırova hədə-qorxu gələrək onun bir ədəd mobil telefonunu ələ keçirib.
Səxavət və zərərçəkən şəxs metroya daxil olan
zaman tanış olublar. Hüseyn Bağırovun metrodan istifadə etmək üçün
gediş kartı olmadığından onu içəri keçirməsi üçün Səxavətdən xahiş
edib. Elə bütün hadisələr də bundan sonra cərəyan etməyə
başlayıb.
Saxlanılan şəxs Səxavət Şəfiyev bildirib ki,
Hüseyn Bağırovu şüşə parçası ilə qorxudub.
Maraqlı burasındadır ki, Səxavət telefonu
götürəndən sonra zərərçəkənin xahişini yerinə yetirib. Yəni onu,
metrodan keçirərək getdiyi yerə qədər yola salıb.
Hüseynin şəxsi nömrəsini də özünə qaytaran Səxavət
Şəfiyev zərərçəkənin şikayəti əsasında Nizami Rayon Polis İdarəsi
və 25-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat
nəticəsində həbs edib.
Polislərə Səxavəti tutmaqda onun metropoliten
ərazisində düşdüyü təhlükəsizlik kameralarındakı görüntülərin də
köməyi dəyib. Hadisə ilə bağlı saxlanılan şəxs barəsində Cinayət
Məcələsinin quldurluq maddəsilə cinayət işi başlanılıb. Etdiyi
cinayəti etiraf edən Səxavət Şəfiyevin əməli sübuta yetirilsə, onu
uzunmüddətli həbsxana həyatı gözləyəcək. /Anspress
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir küçədə məhdudiyyət qoyuldu - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya15 May 21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin115 May 20:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya15 May 19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ