Qırmızı.az
Azərbaycanda itə dəhşətli əzab verildi (VİDEO+18)
Ötən gün Azərbaycanda itə dəhşətli işgəncə verilməsini əks etdirən daha bir görüntülər yayılıb.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə yerləşdirilən video
izləyiciləri dəhşətə salıb. Verilən məlumatlara görə, hadisə Quba
rayonunda baş verib.
Məsələni araşdırmaq üçün ANS PRESS-in bölgə müxbiri Quba rayon polis şöbəsilə əlaqə saxlayıb. Quba rayon polis şöbəsinin rəisi Seyfulla Əzimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bu barədə onlara xəbər verilib. Xəbər verilən kimi də, dərhal hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb.
“Bu barədə məlumat almışıq. Araşdırma aparırıq. Əgər həqiqətən də, həmin hadisə Qubada baş veribsə, mütləq həmin şəxslər tapılacaq. Onlar barədə lazımi tədbirlər görüləcək”, - deyə Seyfulla Əzimov bildirib.
Qeyd edək ki, videoda bir nəfər itə tutub saxladığı, ikinci şəxsin isə itə çoxsaylı bıçaq zərbələri endirildiyi görünür. Daha sonra isə itin başını kəsir.
İtə qarşı bu zorakı hərəkətlər azyaşlı uşağın gözləri önündə baş verir.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...