Qırmızı.az
NIDA-çıların məhkəməsində gərginlik - FOTOLAR
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Teleqraf.com-un məlumatına görə, məhkəmə qarşısına NİDA-çıların valideynləri, siyasi partiyaların funksionerləri və gənclər toplaşıb. Polislərlə məhkəməyə gələnlər arasında məhkəmə binasının önündə qarşıdurma olub. Polis plakatların yığışdırılmasını tələb edib. Bu zaman gərginlik yaşanıb.
Qeyd edək ki, prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib.
“Nida”çılar dövlət ittihamçısının bu çıxışına etiraz olaraq aclıq aksiyasına başladıqlarını elan ediblər. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO