Qırmızı.az
Orxan Zeynalovun cinayət işinin istintaqı yekunlaşdı
İstintaq komitəsi Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində ittiham edilən Orxan Zeynalov barəsində cinayət işinin araşdırılmasını başa çatdırıb. Müstəntiqlər Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəliblər.
ANS PRESS-in məlumatına görə, Zeynalov xuliqanlıq hərəkətləri və
qəsdən adam öldürmədə ittiham edilir. Orxan Zeynalov isə tam
tərsinə cinayəti törətmədiyini iddia edərək hadisə baş verən
saatlarda həmin ərazidə olmadığını bildirib.
Müstəntiqlər qətlin təfərrüatlarını da müəyyən ediblər. Bəlli olub
ki, ittham edilən şəxs Şerbakova azı 20 yumruq zərbəsi, daha sonra
isə bir necə dəfə bıçaq xəsarətləri vurub. Zərərçəkən hadisə
yerindəcə ölüb.
Orxan Zeynalov və onun müdafiəçisi cinayət işinin materialları ilə
tanış olublar. Yaxın vaxtlarda sənədlər məhkəməyə təqdim
ediləcək.
Qeyd edək ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda
Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilmişdi. Qətl
hadisəsi yerli sakinlərin etirazına səbəb olmuşdu. Qatilin
tapılmasını tələb edən yüzlərlə rus millətçisi Qərbi Biryulevo
rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov”
meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda
çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara xəsarətlər
yetirmişdilər.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı