Qırmızı.az
“Üstümə gəlməsinlər, rahat buraxsınlar məni”- Gülər Əhmədova
Mayın 5-i azadlığa çıxan sabiq millət vəkili Gülər
Əhmədova jurnalistlərə mesaj göndərib. Eks-deputat “Yeni müsavat”a
açıqlamasında hazırda müalicə olunduğunu bildirib:
“Ailəvi qərarımız var ki, mətbuata danışmayacam. Azadlığa çıxmağımla maraqlananlara, bu xəbərə sevinənlərə, eləcə də sevinməyənlərə təşəkkür edirəm. Hələlik ancaq iki şey barədə düşünürəm: ailə və istirahət. Bəraət hökmü üçün müraciət barədə heç bir qərarımız yoxdur. Vəkillər də istirahət edir, mən də.
Mənimlə maraqlanan, azadlığa çıxdığıma görə sevinənlərə təşəkkür edirəm. Hörmətli jurnalistlərdən, mətbuat işçilərindən isə xahiş edirəm ki, məni narahat etməsinlər, məni başa düşsünlər. Çünki uzun müddətdir ailəmdən, balamdan uzaq düşmüşəm. Bundan başqa, sağlamlığımla məşğulam. Hamıdan xahiş edirəm ki, inciməsinlər. Bütün jurnalistlərə, məni axtaran qələm əhlinə cansağlığı, ailə səadəti arzu edirəm. Ailəmlə, uşaqlarımla oturmuşam, iynə-dərmanımı qəbul edirəm. Məni başa düşsünlər. Üstümə gəlməsinlər, imkan varsa, rahat buraxsınlar".
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO