Qırmızı.az
Azərbaycanlı ekstremistlər Suriyada neft yatağını ələ keçirdi - FOTOLAR
Suriyada “Əl-Qaida”nın müstəqil qanadı kimi fəaliyyət göstərən “İraq və Şamda İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının rəhbərliyi döyüşçülərinə Suriya Azad Ordusu və digər müxalifət qüvvələrinə qarşı döyüşlərin fəallaşdırılmasına dair göstəriş verib.
Publika.Az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, İŞİD Rusiya, İran və Suriya tərəfindən müştərək idarə olunur. Belə ki, hazırda bu təşkilat Bəşər Əsəd hakimiyyətinə qarşı deyil, məhz Qərb ölkələrinin dəstəklədikləri müxalifət qüvvələri ilə döyüşür.
Təşkilatların naməlum mənbələrdən maliyyələşdirilməsi və silah-sursatla təchiz olunması da yaxşı səviyyədə təşkil olunub. Cari ilin fevral ayının əvvəlində azərbaycanlı ekstremistlərin də təmsil olunduğu və İŞİD-in tərkibində fəaliyyət göstərən dəstələrdən biri Suriyanın şimal-şərqində yerləşən neft yataqlarından birini ələ keçirib və oradan çıxarılan neftin satışını təşkil edib.
Hazırda İŞİD bu yataqdan hər gün üçün 150 000 ABŞ dolları qazanır.
Ehtimallar görə, güya neft satışından mənfəətin əldə edilməsi təşkilatın xüsusi xidmət orqanları tərəfindən yüksək səviyyədə maliyyələşdirilməsini pərdələmək məqsədilə təşkil edilib.
Qeyd olunmalıdır ki, əvvəllər İŞİD tərkibində fəaliyyət göstərmiş azərbaycanlı ekstremistlərə Sumqayıt şəhər sakini “Əbu Yahya” ləqəbli Nicat Aşurov başçılıq edib. Onun 2011-ci ildə İranda yerli xüsusi xidmət orqanlarına məxsus düşərgədə azərbaycanlı, dağıstanlı və çeçen ekstremistləri ilə birlikdə xüsusi təlim keçdiyi məlumdur.
Suriyada olduğu müddətdə də Nicat Aşurov şimali qafqazlı əlaqələrindən yararlanıb, çeçen və dağıstanlı ekstremistlərin birləşdiyi və “Abu Ömər Şişəni” ləqəbli çeçenin başçılığı ilə fəaliyyət göstərən “Ceyşül Mühacirin və Ansar” briqadasına qatılıb, sonra isə həmin briqadanın tərkibində İŞİD-ə qoşulub.
Vasif Həsənli
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO