Qırmızı.az
ARDNŞ müsabiqə keçirdi
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti ARDNŞ-nin Hyuston Azərbaycan Mərkəzi və Hyuston Universitetinin Enerji Assosiasiyası ilə birlikdə təşkiı etdiyi Azərbaycanın enerji siyasətinə həsr olunmuş müsabiqənin yekun tədbirində iştirak edib.
Bu müsabiqədə müxtəlif universitetlərin tələbələri həm komanda şəklində, həm də fərdi surətdə iştirak etmişlər. Onların qarşısında “Azərbaycan enerji sənayesinə nə cür qlobal təsir göstərə bilər?” mövzusunda təqdimatlar hazırlamaq tapşırığı qoyulub.
Amerikada təhsil alan müxtəlif ölkələrdən gəlmiş tələbələr Azərbaycanın tarixi, dövlətin siyasəti, iqtisadiyatı, biznes fəaliyyəti, ekologiyası və texnologiyaları ilə bağlı araşdırmalar aparmalı və təqdimatlarını məruzə etməli idilər. Bu təqdimatların qiymətləndirilməsinə isə ekspert kimi Hyustonda işləyən azərbaycanlı mütəxəssislər cəlb olundular.
Tədbirin əvvəlində Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov Amerika universitetlərinin tələbələrinin Azərbaycanla bağlı araşdırmalara maraqlarının təqdirəlayiq olduğunu bildirib, ölkəmizin dünya iqtisadiyyatında və siyasətində rolundan danışıb, onun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Müsabiqənin qalibinə pul mükafatı təqdim olunacaq və o, Azərbaycana səfər edəcəkdir.
Elə həmin gün Enerji Asossiasiyasının rəhbəri cənab Mark Dear ilə müzakirələr aparılıb və hər iki tərəfin tələbələrin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilib.
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI